- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 167
- Fevral 08, 2026
- 0
Avrokubaklara hazırlığı davam etdirən Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” və “Azəryol” klubları öz aralarında yoxlama matçına çıxıblar. Allsport.az saytı xəbər verir ki, görüş adı ilk çəkilən komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Azərreyl” Avropa Çempionlar Liqasında mübarizə aparacaq. “Azərreyl” “A” qrupunda “Lokomotiv” (Azərbaycan), “Alyants Ştutqart” (Almaniya) və “Dinamo” (Qazan, Rusiya) komandaları ilə qarşılaşacaq. “Azəryol” isə CEV kubokunda Rumıniyanın “Tarqovitse” klubu ilə üz-üzə gələcək.