“İki fərqli hissə oynadıq”

Azərbaycan premyer liqasının XIV turunun “Kəpəz” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı oyun haqda bunu deyib:

“Komandamıza dəstəyə görə Gəncə azarkeşlərinə təşəkkür edirəm. Bizi final fitinə qədər dayanmadan dəstəklədilər. Tovuzlu azarkeşlərə də minnətdarlığımı çatdırıram. Matça gəlincə, iki fərqli hissə oynadıq. İlk yarıda istədiklərimiz alınmırdı. Bəzi dəyişikliklər etdik. Birinci hissənin təhlili ikinci 45 dəqiqədə bəhrəsini verdi. Sadəcə olaraq qol vura bilmədik”.

Həmin kateqoriyadan