İki milli arasında seçim edəcək

“Real Madrid”in gənc yarımmüdafiəçisi Tiaqo Pitarx İspaniya və Mərakeş milli komandaları arasında rəqabətə səbəb olub.

Allsport.az xəbər verir ki, “kral klubu”nun son iki matçında, xüsusilə “Selta”ya qarşı oyunda nümayiş etdirdiyi performansla diqqətləri üzərinə çəkən 18 yaşlı futbolçu həm İspaniya, həm də nənəsi vasitəsilə Mərakeş vətəndaşlığına sahibdir.

İspaniya kral futbol federasiyası (RFEF) gənc istedadı hələ ötən yay ölkənin gənclər yığmasına cəlb edərək sentyabrda keçirilən U-20 dünya çempionatında iştirakını təmin etsə də, Mərakeş tərəfi hələ də ümidini üzməyib.

İspanlar Tiaqonun əsas heyətdəki dəqiqələri artacağı təqdirdə, ona əsas milli komandada DÇ-2026-da iştirak vəd edirlər.

Hazırda futbolçunun mövqeyi qətidir və o, İspaniyanın gənclər sistemində qalmaqda israrlıdır. Martın 20-də David Qordonun açıqlayacağı İspaniya U-21 yığmasının heyətində Pitarxın yer alacağı gözlənilir.

Həmin kateqoriyadan