- Baxış sayı: 38
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 18
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 12-ci turunun oyun cədvəlində dəyişiklik edilib. Allsport.az xəbər verir ki, “Qəbələ” klubunun məktubunu nəzərə alan PFL “Qəbələ” – “İnter” görüşünün 7 noyabrda yox, 9 noyabrda keçirilməsinə qərar verib.
Buna səbəb “Qəbələ” klubunun 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində “Borussiya Dortmund” klubuna qarşı keçirəcəyi matçdır.
Eyni zamanda, canlı yayımla əlaqədar olaraq “Zirə” – “Sumqayıt” görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.