“İkinci hissədə istədiyimiz qədər yaxşı oynamadıq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Espanyol” üzərində qazanılan qələbəni (3:1) şərh edib.
Allsport.az xəbər verir ki, alman mütəxəssis komandasının oyununda razı qalıb:

“Derbi oyunları həmişə çətin keçir. Birinci hissədə komanda yüksək səviyyəli oyun nümayiş etdirdi, amma ikinci hissədə istədiyimiz qədər yaxşı oynamadıq.
Adətən oyunçularım ötürmələr zamanı çox diqqətli olurlar, amma ikinci hissədə bunu görmədim. Akademiyadan olan uşaqlar əla iş görürlər. Ən önəmlisi odur ki, 3:1 hesabı ilə qalib gəldik.
Olmonun iki qol vurmasına şadam, onlar çox vacib idi.”

Həmin kateqoriyadan