- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ölkənin bacarıqlı voleybol menecerlərindən olan İlqar İmamquliyev yeni işə başlayıb. Allsport.az saytı xəbər verir ki, o, “İl’Azero” adlı idman geyimi firması təsis edilib. Məqsədi bunu məşhur Azərbaycan brendinə çevirməkdir. Bu məsələdə ona dostları yardm edib. Kolleksiya böyük olsa da, buraxılış sifariş və tələbata uyğun mərhələlərlədir. Firmanın adının sahibi ilə bağlılığı var. Üçlü voleybolçu Feysbukda İlqar Azero kimi qeydiyyatdan keçib. “İl’Azero”nun digər anlamı ispan və italyancada “Bir azərbaycanlı” olmasıdır. Bu, ölkənin ilk idman brendidir. Bizdə hələ belə şey olmayıb. Bütün tərtibat işləri müəllifin özünə məxsusdur. İlqar İmamquliyev geyimlərimizdə rəngarəngliyə üstünlük verir. Çünki bu cür mallar indi daha çox cəlb edir və tələbat yüksəkdir. Hazırlanmada rənglər insanların zövqünü oxşayır. “İl’Azero”nun özəlliyin elə bundadır: çalışır bayrağımızın rənglərini özündə əks etdirsin.
Yeni yaranmasına rəğmən, bu məhsullarına maraq böyükdük. Kişilərdən ibarət “Sərhədçi” klubunun məşq və oyun geyimləri bu firmanındır. Qadınlardan ibarət millinin çalışma formaları da bizim brenddir. Türkiyə və Rusiyadan da məhsulumuzla maraqlanan komandalar var. Polşa voleybol elitasının bir üzvü isə artıq “İl’Azero”dan istifadə edir. Müştərilər arasında müğənnilər və televiziya aparıcıları da var. Voleybol və futbol komandaları üçün qış gödəkçələri və yağışlıq da var.
Ancaq kolleksiyada əsas yeri fitness geyimləri tutur. Bu, bədənin tərini özündə saxlayan, yuyulduqda rənglərini itirməyən, bədənin nəfəs almasına şərait yaradan materialdan hazırlanmış, Avropa texnologiyası ilə tikilmiş mallardır.Firmanın məhsulları Polşada istehsal olunur. Keyfiyyəti çox yaxşı, qiyməti münasibdir. Hələlik satışlar onlayn qaydada, sifariş əsasında həyata keçirilir. Feysbuk və İnstaqram hesabları da müraciətləri qəbul edir. Digər hədəf, olimpiya millimizin Azərbaycan brendi ilə geyindirməkdir.