İlham Əliyev Gəncə idman sarayının tikintisi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev qərb bölgəsində olub. Allsport.az saytı xəbər verir ki, o, səfər çərçivəsində Gəncə idman sarayının tikintisi ilə tanış olub. Dövlət başçısının müvafiq sərəncamı ilə yurdumuzun 2-ci böyük şəhərində daha bir möhtəşəm idman kompleksi tikilməkdədir. Obyektin 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur.

İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. İdman sarayı ən müasir avadanlıqla təchiz olunacaq.

Gəncə idman sarayında inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra İlham Əliyev tikintinin keyfiyyətlə aparılması və obyektin vaxtında istifadəyə verilməsi ilə bağlı tapşırıqlarını verib.

Həmin kateqoriyadan