- Baxış sayı: 76
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Paracüdoçularımız Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən paracüdo üzrə Avropa çempionatında paralimpiyaçılarımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, İlham Zəkiyev 1/4 finalda moldovalı Oleg Cretulu, yarımfinalda türkiyəli Gökhan Biceri və finalda moldovalı İon Basocu ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu tituluna yiyələnib.
Dürsədəf Kərimova isə dairəvi sistem üzrə keçirilən yarışda ispaniyalı Maria Fernandez, gürcüstanlı İna Kaldani və böyük britaniyalı Kirsten Taylor üzərində ipponla qələbə qazanaraq Avropa çempionatının gümüş medalçısı olub.