- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Böyük Britaniyanın “The Guardian” qəzeti ilin ən yaxşı 100 futbolçusu siyahısını dərc edib. Allsport.az xəbər verir ki, siyahıya Portuqaliya yığmasının və İspaniya “Real”ının hücumçusu Kriştianu Ronaldo başçılıq edir.
İkinci yerdə Argentina millisinin və İspaniya “Barselona”sının lideri Lionel Messi, üçüncü pillədə isə Almaniya yığmasının və “Bavariya”nın qapıçısı Manuel Noyer gedir.
“Top-10” ilə sizi də tanış edirik:
1. Кriştianu Ronaldo (“Real”, Portuqaliya)
2. Lionel Messi (“Barselona”, Argentina)
3. Маnuel Noyer (“Bavariya”, Almaniya)
4. Аryen Robben (“Bavariya”, Hollandiya)
5. Тоmas Müller (“Bavariya”, Almaniya)
6. Luis Suares (“Barselona”, Uruqvay)
7. Neymar (“Barselona”, Braziliya)
8. Qaret Beyl (“Real”, Uels)
9. Filipp Lam (“Bavariya”, Almaniya)
10. Serxio Aquero (“Mançester Siti”, Argentina)
Qeyd edək ki, siyahıda ilk 3 yerin sahibi “Qızıl top”a namizəddir və qalibin adı yanvarın 12-də Sürixdə keçiriləcək tədbirdə açıqlanacaq.