İlin ən yaxşı futbolçusu seçildi

FİFA-nın “The best” mükafatının qalibi məlum olub.

Allsport.az xəbər verir ki, ilin ən yaxşı futbolçusu adına PSJ və Fransa millisinin hücumçusu Osman Dembele layiq görülüb.

Ötən mövsüm Dembele PSJ ilə Fransa çempionluğunu, Fransa kubokunu və superkubokunu, eləcə də çempionlar liqasını qazanıb.

Osman Dembele yekun səsvermədə Lamin Yamal (“Barselona”), Kilyan Mbappe (“Real Madrid”), Kol Palmer (“Çelsi”), Pedri (“Barselona”), Vitinya (PSJ), Harri Keyn (“Bavariya”), Nunu Mendeş (PSJ), Əşrəf Hakimi (PSJ), Məhəmməd Salah (“Liverpul”) və Rafinyanı (“Barselona”) geridə qoyub.

Həmin kateqoriyadan