İlin ən yaxşı futbolçusunun adı bu gün açıqlanacaq

Bu gün FİFA yola saldığımız 2014-cü ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayacaq. Allsport.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə üç namizəddən biri “Qızıl top”a sahib olacaq.

Bunlar Portuqaliya millisinin və “Real”ın (Madrid) hücumçusu Kriştiano Ronaldo, Argentina milisinin və “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.

Messi bu mükafatı artıq 4 dəfə (2009-cu, 2010-cu, 2011-ci, 2012-ci illərdə) qazanıb. Ronaldo isə 2 dəfə (2008-ci, 2013-cü) dünyanın ən yaxşı futbolçusu seçilib. Noyer bu mükafata ilk dəfə sahib ola bilər.

“Bundan əlavə, tədbirdə ilin rəmzi komandası, ilin ən yaxşı qolu, qadınlar arasında ilin ən yaxşı futbolçusu, həm kişi, həm də qadınlar arasında ilin ən yaxşı baş məşqçisinin də adları elan ediləcək.

Həmin kateqoriyadan