- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilk dəfə “İlin ən yaxşıları” mükafatını təqdim edib. Allsport.az saytı xəbər verir ki, nominasiyalaкda mükafatlar ustalardan ibarət milli komandanın üzvləri Niyazi Əliev, Nuranə Əlyeva və Tural Balcanlıya (kata), yeniyetmə və gənclər seçmə komandasından Fəridə Əliyevaya, Ülvi Quliyev və Roman Heydərova (kata), Məşqçilər komitəsinin sədri və milli komandanın baş məşqçisi Rəhman Hətəmova və Hakimlərin komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevə təqdim edilib.
“Ən yaxşı region” mükafatı Sumqayıt şəhərinə və onun rəsmi nümayəndəsi olaraq Akif Kərimova, “Ən yaxşı klub” “Qaraqaplan” klubuna və onun nümayəndələri kimi məşqçilər Şahin Xudaverdiyevlə Cahangir Babayevə, “Ən yaxşı partnyor” nominasiyası isə “Cihan” reklam şirkətinə veilib. Mükafatları AKF-in prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident, baş sponsor ABB-nin rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yaşar Bəşirov və baş katib Mircabbar Seyidov təqdim edib.