- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (İFFHS) milli komandalar üzrə ilin ən yaxşı baş məşqçisini müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, bu ada İspaniya millisinin sükanı arxasında uğurlu nəticələr əldə edən Luis de la Fuente layiq görülüb. 64 yaşlı mütəxəssis səsvermədə 136 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.
Siyahıda növbəti yerləri aşağıdakı mütəxəssislər tutublar:
• Roberto Martines (Portuqaliya) – 83 xal
• Lionel Skaloni (Argentina) – 59 xal
• Stol Solbakken (Norveç) – 48 xal
• Tomas Tuxel (İngiltərə) – 41 xal
Luis de la Fuente ötən il də bu mükafata sahib çıxmışdı.