- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
FİFA 2014-cü il üçün ən yaxşı baş məşqçinin adını açıqlayıb. Allsport.az xəbər verir ki, bu mükafata Almaniya millisinin baş məşqçisi Yoahim Löv sahib çıxıb.
O, bu mübarizədə Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti və Madrid “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeoneni qabaqlayıb.
Qeyd edək ki, Löv ötən il Almaniya yığmasına dünya çempionluğunu qazandırmışdı.
Qadın futbolu üzrə isə analoji mükafata da bir almaniyalı sahib çıxıb. “Volfsburq” klubunun çalışdırıcısı Ralf Kellerman qadın futbolunda ən yaxşı baş məşqçi olub.
Qeyd edək ki, Kellerman “Volfsburq”a 2014-cü ildə qadınlar arasında Almaniya və Çempionlar Liqası çempionluğunu qazandırıb.