- Baxış sayı: 35
- 03 Dekabr 2024 17:37
- Baxış sayı: 282
- Dekabr 02, 2024
- 0
Abşeron olimpiya idman kompleksində ABL-in 3-cü turunda “Sabah” klubu “Abşeron”a 75:59 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra ölkə çempionunun baş məşqçisi Rimas Kurtinaytis bunu deyib:
“Bu gün zədə səbəbindən 2 ucaboy basketbolçumuz – DeAndre və Artyomsun xidmətindən istifadə edə bilmədik. İlk 2 hissədə yaxşı çıxış etməsək də, layiqli qələbə qazandıq. Bu oyun bizim üçün “asan gəzinti” olmadı.
Zədəli oyunçularımızın çoxluğu səbəbindən əsas heyət üzvlərinə istirahət verə bilmədim. Gərgin qrafika görə oyunçulara bir qədər dincəlmək imkanı verəcəm. “Maroussi” ilə oyuna qədər güc toplamalıyıq.
De Andre bu dəfə də oynamayacaq. Məşqdə zədələnən Artyomsun isə “Maroussi” ilə oyuna kimi sıraya qayıdacağına ümid edirəm”.