İlk Azərbaycan klubu “Qarabağ” oldu

“Qarabağ” məhşur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq. Allsport.az saytı xəbər verir ki, klubumuz “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Digər dünya liqaları” (“Rest of World league”) bölməsində fərdi formada təmsil olunacaq.

“EA Sports FC 25” – “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” sıralamasının 2-ci, ümumilikdə isə 32-ci buraxılışı olacaq. Oyunun 27 sentyabr 2024-cü ildə dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır.

Əlavə olaraq, öncədən sifariş edənlər üçün oyun 20 sentyabrda “Nintendo Svitch”, “Playstation-4”, “PlayStation-5”, “Vindous”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

“Qarabağ” adı çəkilən futbol simulyatorunda yer alan ilk Azərbaycan klubudur.

Həmin kateqoriyadan