- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
29-30 martda Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə dünya seriyası keçiriləcək. Allsport.az saytının məlumatına görə, yarışda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcəklər.
Ədalət təmsilçiləri arasında bizdən 3-cü dərəcəli beynəlxalq dərəcəli hakim Bəşir İsazadə yer alacaq. Dünya seriyası çərçivəsində növbəti sınaq mayda Braziliyada olacaq. Toplanacaq xallarla oktyabrda ABŞ-da təşkil olunacaq dünya çimərlik oyunlarına lisenziyaların sahibləri müəyyənləşəcək.