İlk gündə 3 medal

Cüdo üzrə milli komandamız Meksikanın Qvadalaxara şəhərində keçirilən qran pri turnirinə möhtəşəm start verib.

Allsport.az xəbər verir ki, tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.

Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) bütün görüşlərdə qalib gələrək Dövlət Himnimizi səsləndiriblər. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar.

60 kq çəki dərəcəsində digər idmançımız Əhməd Yusifov isə üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib.

Qvadalaxara qran prisinin ilk yarış günündən sonra aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan 33 ölkə arasında birinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan