İlk gündə 9 görüş

Qar voleybolu üzrə qadınlar və kişilər arasında ölkə kubokuna start verilib.

Allsport.az xəbər verir ki, Şahdağ turizm mərkəzində təşkil olunan yarışın birinci günündə ümumilikdə 9 qarşılaşma keçirilib.

Reqlamentə əsasən, qadın komandaları dairəvi, kişi komandaları isə olimpiya sistemi üzrə yarışırlar.

Bu gün kişilər arasında üçüncü yer uğrunda və final qarşılaşmaları keçiriləcək. Qadınların yarışında isə 3 oyun olacaq və mükafatçılar turnir cədvəlinə əsasən müəyyənləşəcək.
Oyunlardan sonra mükafatlandırma mərasimi baş tutacaq.
Ölkə kubokunda 5 qadın (“Gəncə”, “Azərreyl”, “Milli”, “Milli-2” və “Qaraqaya”), 4 kişi komandası (“Gənclər”, “Qaraqaya”, “Baku Fires” və “Azərreyl” ) mübarizə aparır.

Oyunların nəticələri
24 yanvar
Qadınlar

“Azərreyl” – “Milli-2” 2:0 (15:6, 16:14)
“Milli” – “Qaraqaya” 2:0 (15:7, 15:5)
“Qaraqaya” – “Gəncə” 0:2 (6:15, 7:15)
“Milli-2” – “Milli” 0:2 (9:15, 12:15)
“Milli” – “Azərreyl” 2:1 (12:15, 15:8, 15:12)
“Gəncə” – “Milli-2” 2:0 (15:4, 15:3)
“Qaraqaya” – “Azərreyl” 0:2 (5:15, 11:15)
 
Kişilər
“Qaraqaya” – “Gənclər” 2:1 (15:17, 22:20, 15:9)
“Azərreyl” – “Bakı Fires” 2:0 (15:6, 15:11)

25 yanvar

Qadınlar

10:00. “Gəncə” – “Milli”

10:30. “Milli-2” – “Qaraqaya”

11:00. “Azərreyl” – “Gəncə”

Kişilər

3-cü yer

11:30. “Gənclər” – “Baku Fires”

Final

12:00. “Qaraqaya” – “Azərreyl”

Həmin kateqoriyadan