- Baxış sayı: 149
- 16 Noyabr 2024 12:44
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyada keçirilən beynəlxalq turnirdə ilk oyununu keçirib. Allsport.az xəbər verir ki, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən “Mario Maggoni – Walter – Richi” turnirinə “Sampdoriya” ilə qarşılaşma ilə başlayıb.
Bu qarşılaşmanın taleyini 1 qol həll edib. Cərimə zərbəsindən fərqlənən italiyalılar 1:0 hesabı ilə qalib gəlib. A qrupunda baş tutan turun digər oyununda “Parma” meydan sahibi “A.S.D. Borgaro 1965” komandasını məğlub edib – 3:1.
“Qəbələ” bu gün “Parma”, qrup mərhələsinin son oyununda meydan sahibi – “A.S.D. Borgaro 1965” ilə görüşəcək.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir 4 gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizə aparır. Yarımfinala qrup qalibləri və ən yaxşı 2-ci yer sahibi yüksələcək.