- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə kütləvi futbol həftəsində Şəki stadionunda 10-12 yaşlılar üçün festival keçirilib. Allsport.az saytı xəbər verir ki, 100-dən çox uşağın qatıldığı tədbirdə futbol oynanılıb, əyləncəli vaxt keçirilib.
Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara AFFA-da bu sahə üzrə deparamentin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və “Sheki City” futbol klubunun prezidenti Elgün Hüseynov təqdim ediblər.
Növbəti belə tədbir Ağcabədi rayonunda keçiriləcək.