- Baxış sayı: 27
- 07 May 2026 13:09
- Baxış sayı: 72
- May 06, 2026
- 0

Gənclər və idman nazirliyinin cəmi bir il öncə yaratdığı “Ulduz” futbol məktəbi qısa zamanda ilk uğurunu qazanıb. Allsport.az saytı xəbər verir ki, akademiyanın komandası AFFA-nın təşkil etdiyi və 115 iştirakçının mübarizə apardığı U-13 liqasının bürünc medalını qazanıb.
“Ulduz” 3-cü yer üçün qarşılaşmada “Vətən” komandasına 2:0 qalib gəlib. Bu akademiya ölkəmizdə uşaq futbolunun inkişafı, kütləviliyin təmin edilməsi istiqamətində nazirliyin yeganə layihəsi deyil. Artıq 2 ildir keçirilən “Qol U-15” beynəlxalq futbol turniri, Bakı kənd və qəsəbələr arasında futbol turniri bu məqsədə xidmət edir.