1/4 final oyunları keçirilib

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi, Azərbaycan futbol federasiyaları assosiasiyası və Bakı abadlıq xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

1/4 final mərhələsinin ilk günündə “Günəşli” və “Şağan” komandaları üz-üzə gəlib. Komandalar arasında baş tutan görüş “Günəşli”nin qalibiyyəti ilə yekunlaşıb – 3:0. Növbəti görüşdə “Qaraçuxur” komandası “Mərdəkan”a 2:5 hesabı ilə uduzub.

Yarışın ikinci günündə 4/1 final mərhələsinin növbəti oyunları keçirilib. “Zabrat” və “Biləcəri” arasında baş tutan görüşdə qonaqlar qalib olub – 1:0. “Sabunçu” komandası “Aşağı Güzdək”ə 1:3 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan