U-14 liqasının mükafatlançıları

AFFA U-14 liqasında mövsümə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “ASCO arena”da 3-cü yer uğrunda oyunda “Qəbələ” komandası “Vətən İOEUGFMPHŞ” üzərində 2:1 qələbə qazanıb.

Ardından finalda “Qarabağ”ın futbolçuları eyni hesabla “Sabah”ı üstələyiblər. Mükafatları AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.

Həmin kateqoriyadan