- Baxış sayı: 51
- 25 Fevral 2026 16:21
- Baxış sayı: 44
- Fevral 26, 2026
- 0

Fevralın 26-da Özbəkistanın paytaxtı Daşkənddə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Dünya cüdo turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu ilə (12 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.
Sabah start götürəcək Daşkənd “Böyük dəbilqə”sinin təsnifat mərhələsi saat 09:30-dan etibarən “Judo TV”də, final bloku isə saat 16:00-dan “CBC Sport”un “YouTube” kanalında canlı yayımlanacaq.
Kişilər
60 kq, 1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
Balabəy Ağayev – Bəhram Boturov (Özbəkistan)
66 kq, 1/16 final
Nizami İmranov – Minhao Canq (Çin)
Turan Bayramov – Matan Kokolayev (İsrail)
73 kq, 1/32 final
Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
73 kq, 1/16 final
Hidayət Heydərov – Arun Kumar (Hindistan)
81 kq, 1/16 final
Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)
90 kq, 1/16 final
Murad Fətiyev – Vlad Vişan (Rumıniya)
100 kq, 1/16 final
Əjdər Bağırov – Ərnazar Sarsenbayev (Özbəkistan)
100 kq, 1/8 final
Səlim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Bəxtəvər Babaxanov (Tacikistan) cütünün qalibi ilə
+100 kq, 1/8 final
Camal Həmzətxanov – Ritik Kumar (Hindistan)
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslambəy Rövşənqulov (Özbəkistan) cütünün qalibi ilə
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva – Sevinc Muradova (Özbəkistan)
Şəfəq Həmidova – Venna Cuanq (Çin)
52 kq, 1/16 final
Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)
63 kq, 1/16 final
Fidan Əlizadə – Sevinc İsaqova (Özbəkistan)
70 kq, 1/16 final
Südabə Ağayeva – Kamilə Badurova (Rusiya)
+78 kq, 1/16 final
Mədinə Kaisinova – Ümidə Niqmatova (Özbəkistan)