- Baxış sayı: 45
- 06 Mart 2026 20:27
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0
Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Allsport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan komandasının 3 üzvü fəxri kürsüyə qalxıb.
Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Nizami İmranov (66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.
Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.