- Baxış sayı: 66
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0

Topaz Premyer Liqasında 2015/2016 mövsümünün 100-cü qolu vurulub. Allsport.az xəbər verir ki, yubiley qolu 10-cu turun “Qarabağ” – “Rəvan” matçına təsadüf edib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qol mövsümdə 100-cü olub. Belə ki, əvvəlki 9 turda 91 qol qeydə alınmışdı. Turun eyni vaxtda başlayan ilk 3 matçında 7 dəfə top qapıdan keçdiyindən paralel oynanılan “Neftçi” – “İnter” və “Qarabağ” – “Rəvan” matçlarındakı 2-ci top mövsümdə 100-cü olmalıydı.
Əvvəl “Neftçi”, 1 dəqiqə sonra “Qarabağ” hesabı açdığından yubiley qolu ağdamlıların hesabına yazılıb. Əlamətdar topu rəqib qapısından Vüqar Mustafayev keçirib. Bu da onun Premyer Liqada ilk qoludur. O, buna ümumilikdə 34-cü, “Qarabağ”da 6-cı çempionat matçında nail olub. Ümumilikdə isə 10 turun 50 oyununda 101 qol vurulub.