- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 140 xalla komanda hesabında Avropa 3-cüsü olan komandamızı Heydər Əliyev beynəlxalq aeroportunda AGF rəsmiləri, məşqçilər, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb. Yığmanın məşqçisi Arif Abdullayev bunu deyib:
“Bildiyiniz kimi, bu yarışda 8 idmançı ilə təmsil olunduq. Onlardan yeddisi medalla qayıtdı. Bir qızıl, üç gümüş və üç bürünc medal qazandıq. Bir idmançımız isə beşinci yerlə kifayətləndi. Fürsətdən istifadə edib milli olimpiya komitəsini, gənclər və idman nazirliyini və Azərbaycan güləş federasiyasını təbrik edirəm.
Bu qurumların diqqət və qayğısı nəticəsində belə gözəl nəticələr əldə edə bildik. Bayrağımız yüksəldi, himnimiz səsləndi. Belə yüksək nəticə gözləyirdik. Bilirsiniz ki, bir ay bundan əvvəl Polşa böyüklərin də Avropa çempionatında da bəzi çəkilərdə gənclərə fürsət vermişdik. Artıq gənc nəsil yetişir. İnanırıq ki, onlar növbəti olimpiadaya lisenziya qazanıb edib, öz sözlərini deyəcəklər”.