“İnter” Albaniyadan heç-heçə ilə qayıdır

Bu gün UEFA Avropa Liqasında 2015/16 mövsümünə start verilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm də üç klub təmsil edir.

Bunlardan biri son mövsüm Premyer Liqada 2-ci yeri tutmuş “İnter”dir. Paytaxt təmsilçisinin ilk rəqibi isə Albaniyanın “Laçi” klubudur. Bakılılar bu rəqibinə qarşı ilk oyunu səfərdə keçirib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma fasilədən sonra bakılılar hesaba tarazlıq gətirə biliblər. 90 dəqiqənin tamamında tərəflər meydandan heç-heçə ilə ayrılıblar. Nəticədə, “İnter” səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda, “İnter Arena”da keçiriləcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (İlk oyun)
2 iyul

“Laçi” – “İnter” – 1:1 (1:0)
Qollar: A.Meto, 20 (1:0). N.Kvekveskiri, 47 (1:1).
Sarı vərəqə: T.Sefqyini, 46. A.Şeta, 60. M.Abbasov, 70. A.Meto, 90+4.
Baş hakim: Karlos del Kerro (İspaniya).
Laçi. “Laçi” stadionu.

“Laçi”: 31. Miroslav Vuyadinoviç, 3. Emlyano Çela, 5. Aryan Şeta, 7. Elton Doku (19. Valdan Nimani, 56), 11. Taulant Sefqyini, 10. Eryon Vuçay, 14. Arqyend Mustafa, 18. Aqim Meto (9. Aldo Mitray, 78), 21. Olsi Teqya, 28. Emilyano Velyaj (k), 8. Sequn Adeniyi.
Ehtiyat oyunçular: 1. Şpetim Moçka, 4. Mtey Baqariç, 6. Mikelanxo Bardi, 16. Edison Ndreça.
Baş məşqçi: Armando Kunqu.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 13. Mirsayib Abbasov (45. İlkin Sadıqov, 74), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev (18. Mənsur Nəhavəndi, 90+3), 20. Yuri Fomenko (8. Nizami Hacıyev, 43).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Taşqın Sertan, 5. Denis Silva, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.

Həmin kateqoriyadan