FOTO
“İnter” derbiyə hazırlaşır

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsindəki son oyundan sonra “İnter”ə ikigünlük istirahət verilmişdi. Allsport.az xəbər verir ki, bazar günündən etibarən “bankirlər” məşqlərə başlayıb.

Komanda bu gün növbəti məşqinə çıxıb. Gürcüstanda aldığı zədə üzündən bir müddət meydanlardan uzaq düşmüş Matiya Şpiçiç artıq ümumi qrupda məşq edir. “İnter”in hücumçusu Baçana Sxadadze isə fərdi qaydada məşqlərə başlayıb.

Xatırladaq ki, “İnter” növbəti turda “Bakı” komandasıyla qarşılaşacaq. Oyun noyabrın 29-da baş tutacaq.

Həmin kateqoriyadan