“İnter” holland futbolçu alır?

Bakı “İnter”i heyətini hollandiyalı futbolçu ilə gücləndirə bilər. Allsport.az xəbər verir ki, “bankirlər” “Roda”nın yarımmüdafiəçisi Vilyan Pleymə elçi düşüb.

Bir neçə gün öncə “Xəzər Lənkəran”dan ayrılan Əfran İsmayılovla müqavilə imzalayan paytaxt təmsilçisi 26 yaşlı hollandiyalı ilə yarımmüdafiə xəttini daha da gücləndirmək niyyətindədi. Bu xəbəri Hollandiya mətbuatına futbolçunun meneceri Robert Postma da təsdiqləyib. O, açıqlamasında bildirib ki, azərbaycanlılardan əlavə, Pleymlə daha iki klub maraqlanır. Bunlar yerli “Villem” və NAK komandalarıdır.

Qeyd edək ki, Pleym peşəkar karyerasına 2008-ci ildə “Vitess” klubunda başlayıb. O, bu komandada 36 oyuna 5 qol vurub. 2011-ci ildə məhz “Vitess”dən “Roda”ya icarəyə gələn Vilyan burada 14 oyun keçirib. Elə həmin il “Roda” rəhbərliyi bu futbolçunun transfer haqqını tam ələ keçirib. İndiyə qədər bu komandada 41 oyun keçirib 3 qol vuran Pleym 2012/13 mövsümündə də “Zvolle” klubunda icarədə olub – 34 oyun, 1 qol.

Həmin kateqoriyadan