- Baxış sayı: 199
- 04 Fevral 2026 19:52
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0
“İnter”in məşqçisi Roman Cəfərov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində AяAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Gərgin oyun alındı. Birinci hissədə qol epizodlarımız oldu. Nizami Hacıyev ilk dəqiqələrdə qol vəziyyətindən istifadə etsəydi, nəticə başqa cür olacaqdı. Əsas odur ki, 3 xal qazandıq.
Futbolçulardan razıyıq. Biz çempionat başlayanda daha çox qol vururduq. İndi isə daha çox qol epizodu yaradırıq. Müəyyən çatışmazlıqlar var, amma hər şey yaxşı olacaq”.