“İnter” “Qəbələ”yə 5 qol vurdu, “Xəzər Lənkəran” qış çempionu oldu

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, bir gündə reallaşan turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

Qeyd edək ki, bu oyunlarla ikinci dövrəyə yekun vurulub. Əvəzedicilər bu oyunlardan sonra qış fasiləsinə yollanıblar. “Xəzər Lənkəran” qış çempionu olub. Növbəti turun oyunları gələn ilin fevral ayında keçiriləcək.

Əvəzedicilərin çempionatı
18-ci tur
20 dekabr

“Simurq” – “Bakı” 3:1
Qollar: Oruc Balaşlı, 35. Cavad Kazımov, 76. Vüsal İsgəndərli, 90 – Vasif Rzayev, 45+1-pen.

“Qarabağ” – “Sumqayıt” 3:1
Qollar: Nurlan Əhmədov, 15. Ruslan Hacıyev, 16. Fuad Məmmədzadə, 28 – Samir Abdulov, 11.

“Xəzər Lənkəran” – AZAL 3:1
Qollar: Elsevər Bəkirzadə, 6-pen; 53. Anar Babazadə, 31 – Aydın Qasımov, 72.

“Qəbələ” – “İnter” 1:5
Qollar: Tellur Mütəllimov, 10 – Abdulla Abatsiyev, 19. Elnur Süleymanov, 25. İlkin Sadıqov, 55. Azər Salahlı, 70. Mirzağa Hüseynpur, 90+3.

Həmin kateqoriyadan