- Baxış sayı: 44
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 122
- Noyabr 25, 2024
- 0
“İnter”in yayda Avrokubokda iştirak etməyəcəyi təsdiqini tapıb. Allsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına məlumat yer alıb. “Bankçılar” İdman Arbitraj Məhkəməsinə (CAS) müraciətdən imtina etməklə, verilən cəza ilə razılaşıb.
UEFA işlə bağlı mövqeyinin əks olunduğu sənədləri CAS-a, bir nüsxəsini isə “İnter”ə ünvanlayıb. Klub rəhbərliyi həmin sənədlərlə tanış olduqdan sonra kəsilmiş cəzanın CAS tərəfindən ləğv edilməsi ehtimalının çox az olması qənaətinə gələrək və klubun maliyyə vəsaitinin qorunmasını təmin etmək məqsədi ilə şikayətini geri çağırmaq barədə qərar qəbul edib.
Həmçinin, “ağ-göylər”in cari mövsümdə Avropa Liqasına vəsiqə qazanması UEFA-nın cəzasının bu il çəkilməsi CAS-a şikayətin geri götürülməsini şərtləndirən səbəblərdən biri olub.
Qeyd edək ki, UEFA CFCB-nin Məhkəmə Palatasının martın 30-da qəbul etdiyi qərarı qüvvədə saxlayaraq, “İnter”i növbəti üç Avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum etmişdi. İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququndan yararlanan klub və onun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, aprelin 11-də CAS-a müraciət etmiş və bu qərara yenidən baxılmasını xahiş etmişdi. “İnter”in işlə bağlı zəruri sənədlər toplusunu qəbul etmiş CAS qarşı tərəfə (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirmək üçün vaxt vermişdi. Qitə futbol qurumu da tələb edilən sənədləri məhkəməyə təqdim etmişdi.