“İnter” yeni məşqçisini tapdı

Məlum olduğu kimi, “İnter”in baş məşqiçisi Kaxaber Sxadadze mövsümün sonunadək həm paytaxt komandasını, həm də Gürcüstan millisini çalışdıracaq. Allsport.az xəbər verir ki, buna görə də, texniki heyət Marino Pusiçin simasında əlavə köməkçi məşqçi ilə gücləndiriləcək.

Marino Pusiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi o, “Red Star”(Belqrad), “Velez” (Mostar, Bosniya və Hersoqovina), “Köln”(Almaniya), “De Qraafşap”(Hollandiya), “Qo Ahead Eagles” (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib.

Pusiç 2009-2013-cü illərdə “Vitesse Arnhem”(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə UEFA Pro lisenziyasını alıb. 2013-cü ilin iyulun 1-dən 2014-cü ilin oktaybr ayınadək “NAC Breda” (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

“İnter” komandasının idman direktoru Roland Vroomans Marino Pusiç haqqında klub saytına bunları açıqlayıb: “Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik”.

Həmin kateqoriyadan