- Baxış sayı: 141
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“İnter”in futbolçuları İlkin Qırtımov və Fuad Bayramov üçün Topaz Premyer Liqasının 30-cu turunun “Kəpəz”lə səfər matçı yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, 1:1 hesabı ilə nəticələnən görüşdə hər 2 futbolçu yubiley oyununa çıxıb.
İlkin ölkə çempionatlarında 150-ci qarşılaşmasında iştirak edib. Bu matçlarda 3 qola sevinən müdafiəçi “İnter”lə (27 oyun, 1 qol) yanaşı, “Simurq”un da (123 oyun, 2 qol) formasını geyinib. Fuad üçün yubiley ikiqat xarakter daşıyıb.
O, 1 qol vurduğu Premyer Liqada 50-ci oyununu keçirib. Yalnız bir klubun şərəfini qoruyan yarımmüdafiəçi həm də “İnter”in heyətində 50-ci çempionat matçında iştirak edib.