- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Niderlandlı hücumçu Ruben Sxaken Bakı “İnter”inə keçidindən danışıb. Allsport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində öncə bunları qeyd edib:
“Bu, böyük addımdır. Xaricdə oynamaq, yeni macəra yaşamaq üçün bunu etməliydim. Bakı müasir və gözəl şəhər təsiri bağışlayır. Bəzi insanlar bu şəhəri Dubayla müqayisə edirlər. Həyat yoldaşım və üç uşağım da mənim yanıma gələcək”.
Sxaken hazırda Azərbaycan çempionatında fasilə olmasının onun xeyrinə olduğunu bəyan edib: “Çempionat fevralda bərpa olunacaq. Bu, mənim xoşuma gəldi. Çünki bu müddət ərzində yeni komandama uyğunlaşmaq imkanım olacaq. Öz çıxışımla “İnter”i seçməkdə düzgün addım atdığımı göstərmək istəyirəm”.
Hollandiyalı futbolçu Azərbaycan klubuna azad agent kimi gəlib. O, “Feyenoord”la müqaviləsini bir müddət öncə ləğv etdirib: “Əlbəttə, mən “Feyenoord”un azarkeşləri önündə oyuna çıxmaq üçün darıxacağam. Azarkeşlər orada mənə çox dəstək olurdular. Bu üzdən də özümü bu komandada çox gözəl hiss edirdim. “Feyenoord”a və azarkeşlərinə uğurlar arzulayıram”.
“Artıq 32 yaşım var. Ümid edirəm ki, “İnter”də də bir neçə yaxşı il keçirəcəyəm. Düşünmürəm ki, kimsə mənim bu addımıma qarşı olsun”.
Qeyd edək ki, Sxaken “bankirlər”lə 1.5 illik razılıq əldə edib. Onu da əlavə edək ki, 2013-2014-cü illərdə Hollandiya millisinin də formasını geyinən Sxaken 2010-cu ildən “Feyenoord”da çıxış edirdi.