- Baxış sayı: 46
- 22 Mart 2026 15:42
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Allsport.az xəbər verir ki, “İnter”in müdafiəçisi Aleksandr Amisulaşvilinin komandası – Gürcüstan yığması doğma meydanda Almaniya ilə qarşılaşıb.
Matç almanların 2:0 hesablı səfər qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan paytaxt klubunun üzvü cəmi 4 dəqiqə sonra əvəzlənmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Gürcüstan yığmasını “İnter”in baş məşqçisi Kaxaber Sxadadze çalışdırır. Amma onun ilk rəsmi oyunu uğursuz alınıb. Gürcülər hazırda 3 xalla qrupunda 5-ci pillədə qərarlaşıb.