“İnter”in yeni transferi: Bakı möhtəşəm şəhərdir

“İnter”in yeni transferi Ruben Sxaken Hollandiya mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Azərbaycan paytaxtında özünüzü necə hiss edirsiniz?
– Tamamilə yaxşı. Klubda inkişaf etmək üçün hər şey var. Bir neçə ay sonra ultramüasir yeni məşq mərkəzimiz hazır olacaq. Şəhərdə çoxlu yeni tikili var, bəzisi hələ də tikilir. Burada həmçinin ilk Avropa oyunları keçiriləcək. Bunun niyə belə olduğunu bilməsəm də, yerli əhali bu amillə çox fəxr edir.

– Sizə mənzil verilib, yoxsa oteldə qalırsınız?
– Şəhərin mərkəzində evim var. Ailəmi ancaq yayda görəcəyəm. Bakı möhtəşəm şəhərdir. Avropanın bütün brendlərinə burada rast gəlmək olar.

– Bəs idman baxımından nə deyə bilərsiniz?
– Mənə sürətimə görə bu komandada oynamaq komfortlu olacaq. Ümid edirəm ki, cümə günü (bu gün) debüt edə biləcəyəm. Çempionatın səkkizinci komandası ilə qarşılaşacağıq. Başa düşdüyüm qədərilə, burada stadiona gəlmək sərbəstdir. Oyunlara isə orta hesabla 3-4 min azarkeş gəlir.

– “Feyenoord”la bağlı xəbərləri izləyirsiniz?
– Əlbəttə, “WhatsApp”da uşaqlarla mütəmadi əlaqə saxlayıram. Hətta öz qrupumuz da var.

– Bazar günü “Fox Sports”un qonağı olacaqsınız. Rotterdama gələcəksiniz?
– Bəli, mən özüm üç mümkün variantdan bunu seçdim. Şoudan sonra ailəmi görəcəyəm. Onları tam bir aydır görə bilmirəm.

Həmin kateqoriyadan