- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılacaq püşkatmada Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandaların – “İnter”lə “Qəbələ”nin də növbəti rəqibi bəlli olacaq.
Düzdür, hələ klublarımız növbəti mərhələyə vəsiqəni təmin etməyiblər. İkinci təsnifat mərhələsində “İnter” İslandiyanın “Hafnarfyordur”, “Qəbələ” isə Serbiyanın “Çukariçki” komandası ilə mübarizə aparır. Təmsilçilərimiz bu rəqiblərini keçsələr, növbəti mərhələdə kiminlə qarşılaşacaqlarını məhz bu gün biləcəklər.
“İnter” – “Hafnarfyordur” və “Qəbələ” – “Çukariçki” cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətində qərarlaşıb. Bu isə mərhələ keçəcəkləri halda təmsilçilərimizin özlərindən daha güclü rəqiblərlə qarşılaşacağından xəbər verir.
Üçüncü təsnifat mərhələsinin bütün iştirakçılarının və səbətlərin tərkibi ilə sizi tanış etmişdik. Artıq UEFA iştirakçı klubları ayrı-ayrı qruplara da ayırıb. “İnter” və “Qəbələ”nin potensial rəqib siyahısı da konkretləşib. Həmin siyahını təqdim edirik:
“İnter”in potensial rəqibləri:
“Vitoriya” (Portuqaliya)
“Atletik” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Trabzonspor” (Türkiyə) – “Differdanj” (Lüksemburq) cütünün qalibi (ilk oyun 1:0)
“Koper” (Sloveniya) – “Hayduk” (Xorvatiya) cütünün qalibi (3:2)
“Yagelloniya” (Polşa) – “Omoniya” (Kipr) cütünün qalibi (0:0)
“Qəbələ”nin potensial rəqibləri:
“Atromitos” (Yunanıstan)
“Slovan” (Çex Respublikası)
“Standard” (Belçika)
“Borussiya” (Dortmund, Almaniya)
“Apollon” (Kipr) – “Trakay” (Litva) cütünün qalibi (4:0)
“Vest Hem” (İngiltərə) – “Birkirkara” (Malta) cütünün qalibi (1:0)
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.