İordaniya şahzadəsi FİFA prezidenti olmaq istədiyini açıqladı

İordaniya şahzadəsi Əli bin əl-Hüseyn FİFA prezidenti postuna namizədliyini vermək istəyir. Allsport.az xəbər verir ki, hazırda FİFA-nın vitse-prezidenti postunu tutan şahzadə bu istəyini belə izah edib:

“Mən FİFA prezidentliyinə namizədliyimi irəli sürməyi qərara aldım. Çünki ictimaiyyətin diqqətini son qalmaqallardan yayındırmağın və onu yenidən idmana yönəltməyin lazım olduğunu hesab edirəm. Bu, çətin qərar FİFA-dan olan çoxsaylı nüfuzlu həmkarlarla çoxsaylı müzakirələrdən sonra qəbul edilib”.

FİFA prezidentliyinə seçkilər 2015-ci ilin mayında keçiriləcək. Bu vəzifəyə həmçinin federasiyanın hazırkı prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Şampan iddia edirlər.

Xatırladaq ki, son vaxtlar təşkilat dəfələrlə korrupsiya proseslərində, eləcə də 2018 və 2020-ci illər dünya çempionatlarına sahiblik edəcək ölkələrin seçimi ilə bağlı saxtakarlıqlarda iştirak etməkdə ittiham olunub.

Həmin kateqoriyadan