İranı İsveçrəyə dəyişən Gözəl: “Onlar Rio olimpiadasında Azərbaycanı təmsil edirdirlər”

Daha bir iranlı şahmatçının başqa ölkə bayrağı altında çıxış edəcəyi dəqiqləşdi. Allsport.az xəbər verir ki, söhbət 3 il əvvəl təhsil almaq üçün öz ölkəsini tərk edərək İsvçrəyə köçən Gözəl Həkimifərddən gedir.

2011-ci ildən Beynəlxalq usta, 2016-cı ildən isə qadınlar arasında qrossmeyster adını qazanan xanım şahmatçı FIDE-nin saytında İsveçrə şahmatçısı kimi təqdim olunacaq. Gözəl sosial hesabında qərarını belə şərh edib:

“Mən Gözəl Həkimifərd qadınlar arasında qrossmeysterəm, kompyüter mühəndisliyi üzrə bakalavr təhsilim də var. Mən artıq üç ildir ki, İsveçrədə yaşayıram və burada ETH Texniki universitetində maqistr pilləsində təhsil alıram. Təhsilimlə bərabər, həmin universitetdə çalışıram. 

Təəssüf ki, ölkəmin qanunları mənə xaricdə təhsillə yanaşı, milli komandada və ölkə çempionatlarında çıxış etmək imkanını vermirdi. Mən peşəkar şahmatçıyam, amma təəssüf ki, bu müddət ərzində yarışlarda iştirak edə bilmiridm.

Qərara gəldim ki, şahmatçı karyeramı İsveçrə bayrağı altında davam etdirim. Amma bu o demək deyil ki, mən İran vətəndaşlığından imtina etmişəm. Mən İran vətəndaşıyam və qərarım yalnız idmanla bağlıdır, heç bir siyasi mənası yoxdur. Məsələn, İran güləşçiləri Saman Təhmasibi, Sabah Şəriəti və taekvondçu Milad Beydji Hərçəqani vətəndaşlıqlarını dəyişmədən Rio olimpiadasında Azərbaycanı təmsil edirdirlər, məndə də oxşar vəziyyətdir”.

Həmin kateqoriyadan