- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 52
- Noyabr 21, 2024
- 0
“ABU arena”da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə ənənəvi həndbol yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son mübarizə günü də maraqlı mübarizə ilə yadda qalıb. Azərbaycan və Gürcüstanın 24 yaşadək milli komandalarının qarşılaşması 27-33, əsas millimizlə İraq seçməsinin görüşü isə 21-39 hesabı ilə başa çatıb.
Son turun oyunlarında U-24 seçməmizlə əsas millimizin qarşılaşması daha böyük maraq doğurub. Gərgin mübarizə şəraitində keçən oyunda gənc həndbolçular 39-34 hesabı ilə qələbə qazanıblar. İraq komandası isə Gürcüstanın U-24 komandasına aman verməyib – 41:20.
Beləliklə, rəqiblərindən daha üstün çıxış edən İraq seçməsi xatirə turnirinin qalibi adına layiq görülüb. Gürcüstan komandası 2-ci, Azərbaycanın gənc həndbolçuları 3-cü, əsas millimiz isə 4-cü yeri tutub.
Bağlanış mərasimində qalibləri təbrik edən AHF-nin vitse-prezidenti Orxan Abbasov dəvəti müsbət qarşıladıqlarına və maraqlı mübarizəyə görə yarış iştirakçılarına minnətdarlığını bildirib. Bu cür yarışların əhəmiyyətini yüksək qiymətləndirən federasiya rəsmisi növbəti turnirlərdə komandaların sayının daha da artırılacağını vurğulayıb.
Baş mükafata sahib çıxan İraq komandasının üzvlərinə, həmçinin fərqlənən digər həndbolçulara kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.