- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Qadın həndbolçuların ölkə çempionatının 12-ci turunda mərkəzi görüş “Azəryol” və “Qarabağ” arasında oldu. Georgi Voronovun komandası 2-ci yarının ortalarında 2 top yenik duruma düşməsinə rəğmən, son dəqiqələrdə durunu yenidən lehinə çevirə bildi (26:24). Millinin və “Azəryol”un oyunçusu İrina Klimenko allsport.az saytına açıqlamasında qələbəyə belə şərh verib:
“Bütün səylə oyuna hazırlaşırdıq, çoxlu götür-qoy edirdik. Başa düşürdük ki, görüş asan olmayacaq. Prinsip etibarı ilə gözləntilər baş verdi: müdafiədə tam uğursuzluq. Amma sevindirici məqam, komanda əlini yanına salmadı və son dəqiqəyədək mübarizə apardı.
Qızlarımıza əhsən! Gələn həftə bizi bir vacib oyunumuz da var. Əsas odur ki, hazırlaşmağa vaxtımız var. Səhvlərimiz üzərində işləyəcəyik və mücadiləni davam etdirəcəyik. Bizi dəstəkləyənlərə təşəkkür edirəm. Bu, çox kömək edir”.