“İslam Mahaçevi məğlub edə bilərəm”

Orta yüngül çəki dərəcəsində keçmiş UFC çempionu İlya Topuriya İslam Mahaçevlə gözlənilən döyüşdən danışıb.

Allsport.az xəbər verir ki, gürcüstanlı idmançı Mahaçevi məğlub edəcəyinə inandığını deyib:

“Həqiqətən inanıram ki, Mahaçevi məğlub edə bilərəm. Mən belə düşünürəm. O, böyük çempiondur. Dünya çempionu olmaq asan deyil. Bunun üçün hər şeydə yaxşı olmalısan. Və o, həqiqətən bir “vəhşi heyvandır”. Qalib gələcəyimin bəlli olduğu rəqiblərlə döyüşmək istəmirəm. Azarkeşlərin əsl rəqib kimi gördükləri insanlarla qarşılaşmağı xoşlayıram. Belə gözləntiləri yaratmaq istəyirəm. İslamla döyüş məhz budur”.

Həmin kateqoriyadan