İspan həmkarlarımız “Qarabağ”ın çempion olmasından yazıb

İspaniya mətbuatı “Qarabağ”ın Azərbaycan Premyer Liqasının qalibi olması haqqında yazıb. Allsport.az saytının məlumatına görə, məqalədə Ağdam komandasının Kanar adalarından olan futbolçusu Dani Kintananın ölkə çempionu olması xüsusi uğur kimi qeyd edilib.

Nəşrdə deyilir ki,  “Zirə” klubunu 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın çempionluğunu rəsmiləşdirdiyi matçda Dani Kintana da bir qol vurub. Eyni zamanda, onun uğurlu çıxışı qabardılaraq çempionatın ən yaxşı bombardirlərindən olması vurğulanır.

Yazıda o da bildirilir ki, “Qarabağ” komandasının bu il Azərbaycan Kubokuna sahib olmaq şansları da qalmaqdadır.

Həmin kateqoriyadan