- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 137
- Fevral 06, 2026
- 0

İspaniya kral futbol federasiyası (RFEF) rəsmi saytında daşqının nəticələrinə görə İspaniya kubokunun oyunlarının təxirə salınacağını açıqlayıb.
Allsport.az xəbər verir ki, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçıq basqınları altında qalıb.
Belə ki, “Parla Eskuela” – “Valensiya” və “Manises” – “Xetafe” matçları noyabrın 26-da, “Pontevedra” – “Levante” noyabrın 19-da, “Ehea” – “Erkules” oyunu noyabrın 14-də keçiriləcək. “Xove Espanyola” və “Real Sosyedad” oyunun yeni tarixi daha sonra müəyyənləşəcək.
Bundan başqa, futzal üzrə İspaniya kuboku da təxirə salınıb.