İspaniyanın “Marca” nəşri: “Qarabağ” – “İnter” oyununda hakimlər kobud səv edib

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”- “İnter” oyunundakı hakim ədalətsizliyi İspaniyanın idman xəbərləri üzrə ixtisaslaşmış ən məşhur media qurumu “Marca”nın da diqqətini cəlb edib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, matçdan dərhal sonra ispan nəşrinin rəsmi internet səhifəsində “Qarabağ” “İnter”ə qarşı oyunda haqsız olaraq yarışdan kənarlaşdırıldı” başlıqlı xəbər dərc olunub.

“Marca” “Qarabağ”ın tarix yazmaq üçün meydanda əlindən gələni etdiyini vurğulayaraq 94-cü dəqiqədə Azərbaycan təmsilçisinin vurduğu qolu ətraflı təsvir edir.

Həmçinin qol epizodunun fotosunun da yer aldığı materialda deyilir: “Şəkildən də gördüyünüz kimi, Riçard düzgün mövqedədir və qol hesaba alınmalı idi. Hakim yerli futbolçuların etirazlarına məhəl qoymadı və “Qarabağ”ın Avropa xəyalı mümkün ola biləcək ən pis formada sona çatdı”.

Həmin kateqoriyadan