- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Fevralın 15-i İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri start götürəcək. Allsport.az xəbər verir ki, yarışda ölkəmiz 25 cüdoçu ilə təmsil olunacaq.
İslam Rəhimov, Sahib Babayev (50 kq), Samir Piriyev, Əli Hacıyev, Qədir Hüseynov (55 kq), Əlihümbət Cəfərov, Aydın Rzayev, Məmmədrza Hacızadə, Nicat Şirinov (60 kq), Vüsal Qələndarzadə (66 kq), Nahid İsmayılov (73 kq), Əlirza Şıxəlizadə, Vüqar Talıbov (81 kq), Hüseyn Dadaşov (90 kq), Məhəmməd Məmmədzadə (+90 kq) turnirdə mübarizə aparacaqlar.
Qızların yarışında Xumar Qasımzadə, Aydan Vəliyeva (40 kq), Nigar Şahməmmədova, Leyla Dəmirova (44 kq), Səbinə Əliyeva, Nəzrin Adnayeva (48 kq), Səbinə Qədirova, Zeynəb Məmmədova (52 kq), Fidan Əlizadə və Aytac Qardaşxanlı (57 kq) tatamiyə çıxacaqlar.