- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“35 dəqiqə gözəl mübarizə apardıq. Son 5 dəqiqədə mənim saydığım ən azı 5 kobud və bəsit səhvlər var idi”.
Allsport.az xəbər verir ki, bunu “Xırdalan” basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.
Türkiyəli mütəxəssisi 3-cü yer uğrunda keçirilən 2-ci görüşdə məğlubiyyəti şərh edib: “Bu səhvlər bizim matçı uduzmağımıza gətirib çıxardı. Müdafiədə zəif oynadıq. Ən üst sırada bitirmək istəyimiz var idi. Amma alınmadı. Oyunçularımla fəxr edirəm. Çox yaxşı mövsüm keçirdilər. Bir ailə kimi idik. Daim mübarizə apardılar. Onlara təşəkkür edirəm. Əlimizdə olam imkanlar çərçivəsində ən yaxşı işi ortaya qoyduğumuzu düşünürəm. Mövsüm ərzində bizi dəstəkləyənlərə təşəkkür edirəm. Federasiyaya da ayrıca təşəkkür etmək istəyirəm. Bizə çox böyük dəstək verdilər. Çox gözəl bir mövsüm yaşadıq”.